Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.
Komitə sədri seçilən deputatlar aşağıdakılardır:
Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri
Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri
Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri
Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri
Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri
Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri
Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri
Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Şahin İsmayılov - Gənclər və idman komitəsinin sədri
Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.
Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət