Slimfit
  1. DÜNYA

“Facebook” və “Instagram” Süleymanini dəstəkləyən yazıları silir

“Facebook” və “Instagram” Süleymanini dəstəkləyən yazıları silir
Sakura

“Facebook” və “Instagram” Süleymanini dəstəkləyən yazıları silir

“Facebook” şirkəti həm öz şəbəkəsində, həm də ona məxsus olan “Instagram”da iranlı general Qasım Süleymanini dəstəkləyən yazıları silir.

CNN-dən verilən məlumata görə, “Facebook” şirkəti ABŞ-ın sanksiyaları altında işlədiyini qeyd edib.

Bildirilib ki, “ABŞ-ın qara siyahısı”na salınan şəxsləri tərifləyən və ya hərəkətlərini davam etdirməyə çağıran şəxslərin hesabları silinir.

Kanalın bildirdiyinə görə, İranda insanları sosial şəbəkələri boykot etməyə çağırıblar və hesabın silinməsi ilə bağlı şikayətlər üçün hökumətin saytında bir bölmə yaradılıb. Qeyd olunur ki, İran İslam Respublikasında “Facebook” və “Twitter”ə giriş qadağan olunub və ötən ilin noyabrında internet bağlanıb.

Daha əvvəl məlum olub ki, ABŞ və İran Qasım Süleymaninin öldürülməsindən sonra gizli danışıqlar aparıb. Ölkələr İsveçrənin İrandakı səfirliyi vasitəsilə məlumat mübadiləsi edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR