Slimfit
  1. TEXNOLOGİYA

Facebook istifadəçiləri blokçeyn tətbiqi nəticəsində gəlir əldə edə bilərlər

Facebook istifadəçiləri blokçeyn tətbiqi nəticəsində gəlir əldə edə bilərlər
Sakura

Facebook istifadəçiləri blokçeyn tətbiqi nəticəsində gəlir əldə edə bilərlər

Dünyada ən məşhur sosial şəbəkələrdən biri olan Facebook öz işində blokçeyndən istifadə etməyə başlaya bilər.

Mark Zukerberq Harvard professoru Conatan Zittreynlə olan ictimai müsahibəsi çərçivəsində bu texnologiyaya olan “potensial” marağından danışıb. Facebook-un banisi qeyd edib ki, söhbət sosial şəbəkədə istifadəçilərin avtorizasiyası çərçivəsində texnologiyadan istifadə imkanından gedir. Bundan başqa, blokçeyn öz məlumatlarına kənar proqramlar üçün giriş verərkən istifadəçilərə yeni unikal imkanlar verə bilər.

“Buna baxmayaraq, mən hələ də bunu necə edəcəyimi başa düşmürəm”, - Mark Zukerberq deyib.

Söhbət faktiki olaraq Facebook Connect xidmətinin (digər saytlarda sosial şəbəkənin loqin və şifrəsindən istifadə etməyə imkan verir) desentralizasiya həlli ilə dəyişdirilməsindən gedir. Görünür, istifadəçilərin şəxsi məlumatlarının saxlanması üçün blokçeyndən istifadə personal informasiya sızması riskini azaldır və məlumatların üçüncü şəxslərə ötürülməsi ittihamlarından Facebook-u qoruya bilər. Əlbəttə, nəticədə sosial şəbəkənin imicini yaxşılaşdıracaq.

Eyni zamanda paylanan reyestrlər texnologiyası Facebook istifadəçiləri üçün yeni gəlir mənbəyi ola bilər. Waves Node inkişaf qrupunun rəhbəri İqor Pavlov deyir ki, hazırda istifadəçilər sosial şəbəkəyə qoşulmaqla öz şəxsi məlumatlarına icazəni verməyə məcburdur. Məlumdur ki, sosial şəbəkələr bundan istifadə edərək hədəflənmiş reklam nümayişindən pul qazanır. Blokçeyn texnologiyası sosial şəbəkənin hər bir üzvünə şəxsi informasiyaya girişi məhdudlaşdırmağa imkan verəcəkdir.

“İstifadəçidə öz məlumatlarını idarə etmək imkanı yaranacaq. Məsələn: o, hər hansı şirkətə 21 yaşına çatdığı faktını bilməyə icazə verəcək (dəqiq doğum tarixinə icazə vermədən), digəri isə şəxsi maraqlarının tam siyahısı ilə tanış olmaq imkanı verəcək”, - İqor Pavlov izah edir.

İştirakçıların belə “özünü idarə etməsi” sosial şəbəkənin reklamdan olan gəlirlərini bölüşdürəcək, nəticədə istifadəçilər şəxsi məlumatları birbaşa reklamverənə təqdim etməklə pul əldə edəcəklər.

 

Mənbə: if24.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR