Slimfit
  1. TEXNOLOGİYA

“Facebook” ABŞ-da nəşrlərin xəbərlərindən ibarət bölmə yaradıb

“Facebook” ABŞ-da nəşrlərin xəbərlərindən ibarət bölmə yaradıb
Sakura

“Facebook” ABŞ-da nəşrlərin xəbərlərindən ibarət bölmə yaradıb

“Facebook”, şəbəkə daxilində “Facebook News” xəbər bölməsi açıb. O, The Wall Street Journal, Forbes, Business Insider, Fox News, Bloomberg və digər nəşrlərin xəbərlərini əhatə edir. Sosial şəbəkə, məzmunları alqoritmlər və redaktorlar qrupunun köməyi ilə yığacaq.

Video Player
 
 
00:00
 
01:00
 
 

Sosial şəbəkədən bildiriblər ki, bölmənin yaradılması üçün şirkət jurnalistlərlə və nəşriyyatçılarla danışıb. Səhifədə aşağıdakılar olacaq:

1 . Jurnalistlər qrupunun topladığı günün xəbərləri

2 . Müxtəlif mövzulu bölmələr: biznes, sağlamlıq, elm və texnika, əyləncə və idman.

3 . Abunəliklər – KİV-dəki ödənişli abunəliklərini sosial şəbəkədəki hesabla əlaqələndirən istifadəçilər üçün bölmə

4 . İstifadəçinin dərc etdiyi və oxuduğu materiallara əsaslanan şəxsi xəbərlər lenti

İstifadəçilər görmək istəmədikləri materialları, mövzuları və nəşriyyatı gizlədə biləcəklər. “Facebook” istifadəçilərin bir hissəsi üçün xəbərlər bölməsini sınaqdan keçirir.

Qeyd edək ki, “Facebook”-un bu planı barədə 2019-cu ilin yazında Mark Zuckerberg xəbər verib. KİV-in məlumatına əsasən sosial şəbəkə paylaşımlara görə  nəşriyyatlara ildə bir neçə yüz min dollardan 3 mln. dollara kimi ödəniş edəcək.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR