Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əzgil bu xəstəliklərə dərmandır

Əzgil bu xəstəliklərə dərmandır
Sakura
:0

Əzgil bu xəstəliklərə dərmandır

Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvədə C,A, B1, B2, B3, B6, B9 vitaminləri, kalium, dəmir, maqnezium, yod, kalsium, fosfor, selen, sink, orqanik turşular, pektin və s. kimi faydalı maddələr var.

Saglamolun.az bildirir ki, əzgil qədimdən təbii dərman kimi də istifadə olunur. Kal əzgil ishalı, dəymiş əzgil isə qəbizliyi müalicə edir.

Fitonsidlərlə zəngin olan əzgil nəfəs yollarının iltihabları və bronxial astma zamanı çox faydalıdır.  Qədimdə xalq təbibləri əzgil lətinin balla qarışığı ilə öskürək, bronxit, astma və digər xəstəlikləri müalicə edirdi.

Bu qarışıq həmçinin ürək və qaraciyər üçün də çox faydalıdır – qaraciyəri möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi aşağı salır. Əzgilin lətini eyni miqdarda balla qarışdırın və gündə 2 dəfə 1 x.q. olmaqla qəbul edin.

Əzgilin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Yarpaqların dəmləməsi nəfəs yollarını çox yaxşı təmizləyir, bəlğəmi durulaşdırır, iltihabları azaldır. Dəmləməni hazırlamaq üçün 1 x.q. yarpaqları 1 stəkan suda 30 dəqiqə dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR