Slimfit
  1. İDMAN

Eyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi - Qurbanov

Eyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi - Qurbanov
Sakura

Eyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi - Qurbanov

Bəlkə də qaydalara görə hakim penalti verə bilərdi. Amma verməyə də bilərdi. Mən inanmıram ki, rəqibin qapısı qarşısında belə epizod olsaydı, hakim penalti verərdi. Bəzən hakimlər komandaların səviyyə fərqini də fikirləşməlidirlər.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Bayer"lə Bakıdakı matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

Baş məşqçinin sözlərinə görə, Bundesliqa klubu gəlib bu azarkeşlər önündə oynayır, bir az centlmen olmaq lazımdır:

“Maksim də topu görmürdü. Deyəcək bir şey yoxdur. Belə hallar çox olub. Hakimlər həmişə böyük komandalara üstünlük verirlər".

"Oyun gedişatına görə dəyişikliklər etdik. Futbolçularıma təşəkkür edirəm. Rəqibin hücumlarının qarşısını ala bildilər. Bu, futboldur. Təbii ki, 90 dəqiqə ərzində hər şeyi tam ideal edə bilməzsən. Amma 90 faiz tapşırıqları düzgün yerinə yetirdilər. Qalan 10 faiz rəqibin futbolçularının ustalığından, bacarığından asılı idi. Sonda Marko Veşoviç özü dəyişiklik istədi”, - deyə Q. Qurbanov əlavə edib.

O, həmçinin futbolçuları ilə yanaşı, azarkeşlərə də təşəkkür edib: "Mən futbolçularıma təşəkkür edirəm. 1 xal qazanmaq üçün çox böyük şansımız var idi. Əfsuslar olsun ki, sonda anlaşılmaz bir penalti verildi. Məğlub olduq. Azarkeşlərə təşəkkür edirəm. Fürsətdən istifadə edərək, bütün xalqımızı bayram münasibətilə təbrik edirəm".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR