Slimfit
  1. PSİXOLOGİYA

Əvvəlcə ana, yoxsa həyat yoldaşı?

Əvvəlcə ana, yoxsa həyat yoldaşı?
Sakura

Əvvəlcə ana, yoxsa həyat yoldaşı?

Əgər istəsəniz, sualı belə də qoya bilərik. Siz ailədə ana roluna üstünlük verirsiniz, yoxsa, həyat yoldaşı roluna? Bu bir həqiqətdir ki, bəzi qadınlarda analıq hissi güclü olduğu üçün çox vaxt həyat yoldaşı kimi arxa planda qalırlar. Bəzi qadınlar isə ana və həyat yoldaşı rolları arasında tərəddüd yaşayırlar.

Əslində, bu sualın cavabı olduqca sadədir. Kiminlə ünsiyyətdəsinizsə, o rolda olmalısınız. Yəni, həyat yoldaşınızla ünsiyyətdəsinizsə, danışdığınız mövzu uşaqla bağlı olsa belə, həyat yoldaşı olduğunuzu unutmamalısınız. Bəzi qadınlar həyat yoldaşlarını uşaqlarına qarşı laqeyd olmaqda ittiham edir, buna görə də, həyat yoldaşlarına qarşı mənfi mövqe tuturlar. Təbii ki, bu mövqe daha çox analıq hissi ilə bağlıdır. Buna görə də, onlar təbii olaraq uşaqlarına qarşı həyat yoldaşlarından kömək gözləyir və bunu müxtəlif formalarda ifadə edirlər. Ancaq buna görə həyat yoldaşına qarşı mənfi mövqe tutmaq və bunu həyat yoldaşı rolunda büruzə vermək evliliyi və dolayısı ilə ailəni təhlükə altına ata bilər.

Ailem jurnali adlı şəxsin şəkli.

Qadınlar bir şeyi də unutmamalıdırlar ki, uşaqlarının fiziki və psixoloji sağlamlıqları üçün həyat yoldaşlarının köməyinə ehtiyacları var. Buna görə də, tərəflər arasında ünsiyyət nə qədər güclü olsa, ailədə sağlam mihit də o qədər güclü olar. Digər tərəfdən, qadının həyat yoldaşından aldığı maddi və mənəvi kömək də analıq roluna birbaşa təsir göstərir. Odur ki, heç bir qadın ana olduqdan sonra həyat yoldaşını unutmamalı və həyat yoldaşından həmişə kömək almağa çalışmalıdır. Ancaq eyni zamanda o, uşaqlarının yanında da ana olmağı bacarmalıdır.

Bəs qadın həm uşaq, həm də həyat yoldaşı ilə eyni mühitdə olanda nə etməlidir? Bu halda qadın hər iki tərəfi də, necə deyərlər, əhatə dairəsində saxlamalı və uşağa hiss etdirmədən daha çox həyat yoldaşı kimi çıxış etməyə çalışmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR