Slimfit
  1. MARAQLI

Evli kişi mağazada təsadüfən xəyallarındakı qadınla görüşdü

Evli kişi mağazada təsadüfən xəyallarındakı qadınla görüşdü
Sakura

Supermarketdə kassa növbəsində gözəl bir qadını görməyənə qədər professional sənətçi və dörd uşaq atası…

Supermarketdə kassa növbəsində gözəl bir qadını görməyənə qədər professional sənətçi və dörd uşaq atası Ceyson Hyulett özünü dünyada ən xoşbəxt insan hesab edirdi.

O anda Ceyson özünü günahkar hiss edərək öz həyat yoldaşını bilmədən aldatdığını düşündü. Facebook-da öz təssüratını bölüşdü:

Etiraf etməyə utanıram ki, bu gün müəyyən mənada mən həyat yoldaşıma xəyanət etdim.Mən özüm üçün nəsə almaq istəyirdim və ödəməyə gedəndə növbədə həmin qadını gördüm və məni sanki elektrik vurdu. Mən düşündüm: “Bəli, kiminsə onunla olduğu üçün bəxti gətirib!”.

Lakin bir neçə saniyədən sonra o başa düşdü ki, həmin yad gözəl onun öz həyat yoldaşıdır, hansı ki, təsadüfən həmin mağazada və həmin vaxtda alış-veriş edirdi.

Onları növbədə sadəcə bir insan ayırırdı. Lakin həyat yoldaşı onu mesajlarla diqqətini çəkmək istəsə də görmədi. Onda Ceyson səssizcə onu izləməyə başladı.

 

“Birinci mən bu gözəllikdən çox təəccübləndim. Hesab edirəm ki, hər gün bunu görürəm, lakin bu gün ilk dəfədə tanımadıqda yeni insan kimi gördüm və inana bilmədim ki, mən belə gözə qadının həyat yoldaşıyam.

İkincisi  onun hətta mənim tərəfimə belə baxmamağı məni heyran etdi. Bu həm yaxşı, həm də pisdir. Yaxşıdır ki, onun baxışları dolaşmır. Mənim üçün pis olan isə odur ki, mən onun sevgisinə layiq olmağın çətinliyini anladım. İllər əvvəl onun sadəcə bir görüşünə və diqqətinə nail olmaq üçün nə dərəcədə əziyyət çəkdiyimi xatırladım. Bir dəqiqəlik onu əldə edə bilməyəcəyimi anlayaraq yenidən ilk görüşün əzabını yaşadım. Özümün əminsizliyim və çatışmazlıqlarıma baxmayaraq onun sevgisini necəsə qazanmışdım.

Üçüncüsü əlbəttə ki, mənim onu həmin gün müstəqil, sadə, gülərüz, xeyirxah və heyrətamiz gördüm – onu əsl olduğu kimi gördüm. O sadəcə aldıqlarını götürdü və qapıdan çıxdı. Mən onu dayandırmağa cəhd etmədim, əksinə onun mənim həyat yoldaşım olduğunu və bu qadını hər bir cəhətinə görə sevdiyimi anlayaraq heyrətlə baxdım”.

Bu bütün cütlüklər üçün dəyərli dərsdir. Öz yarınızı təsadüfi insanın gözü ilə baxın və özünüzə nə üçün onu ilk görüşdən sevdiyinizi xatırladın.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR