Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Eviniz təhlükə mənbəyi ola bilər – Pediatr

Eviniz təhlükə mənbəyi ola bilər – Pediatr
Sakura

Eviniz təhlükə mənbəyi ola bilər – Pediatr

Valideynləri ən narahat edən məsələlərdən biri də evin təmizliyidir. Xüsusilə körpə, iməkləyən uşaqların sağlamlığı üçün evin, oyuncaqların təmizliyi önəmlidir.

Uşaqların gigiyenası ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, körpə və azyaşlılar olan evlərdə havalandırmaya xüsusi diqqət yetirmək lazımdır.

“Bu, evdə mikrobları azaldır. Yer daim silinməli və təmiz saxlanılmalıdır. Lakin bu zaman kimyəvi məhsullardansa, sabun əsaslı təmizlik vasitələrindən istifadə edilməsi məsləhətdir.

Tərəvəz məhsulları təmiz yuyulmalı və ət yaxşı bişirilməlidir. Çünki parazitlər yaxşı yuyulmamış tərəvəzlərdə və yaxşı bişməmiş ətlərdə daha çox olur.

Uşaqların dırnaqları qısa kəsilməli, əlləri tez-tez yuyulmalıdır. Bir qədər böyük uşaqlara isə əllərin doğru yuyulması öyrədilməlidir”.

A.Abdullaoğlu bildirib ki, uşağın sağlam böyüməsi üçün onların istifadə etdiyi paltarlar və yatdıqları döşək ağları daim ütülü olmalıdır:

“Evdə heyvan saxlanılırsa, daim peyvənd olunmalı və təmizliyinə nəzarət edilməlidir. Uşaqlar hər şeyə maraqlı olduqlarına görə nə tapsalar, ağızlarına aparırlar, ona görə təmizlik vasitələri və zəhərlənmə ehtimalı olan hər şey uşaqların əli çatmayan yerlərə qoyulmalıdır”.

Həkim onu da qeyd edib ki, analar təmizliyə riayət edərkən ifrata varmamalıdır. Bu, uşağı daha da zəiflədir və onun tez-tez xəstələnməsinə səbəb olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR