Dərc edildi: Baxış sayı: 682
Everestin hündürlüyünü yenidən ölçəcəklər
Nepal hökuməti dünyanın ən yüksək zirvəsi olan Everestə (8848 metr) tədqiqatçılardan ibarət komanda göndərib.
Trend-in məlumatına görə, komandaya dağın hündürlüyünün yenidən ölçülməsi tapşırığı verilib.
Bu qərarın səbəblərindən biri Everestin hündürlüyünün xüsusilə 2015-ci ildəki dəhşətli zəlzələdən sonra xeyli azalması ilə bağlı əsassız söz-söhbətlərdir.
Alpinistlər aprelin 10-da yola düşüblər.
Qeyd edək ki, Çin tərəfi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Comolunqma (Everest) zirvəsinin əslində bu göstəricidən 3,57 metr alçaq olduğunu bildirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət