Slimfit
  1. DÜNYA

Evə girən oğru iki mayonezli sendviç hazırlayıb qaçdı

Evə girən oğru iki mayonezli sendviç hazırlayıb qaçdı
Sakura

Evə girən oğru iki mayonezli sendviç hazırlayıb qaçdı

ABŞ-ın Kentukki ştatında oğru bir evə daxil olaraq, iki ədəd mayonezli sendviç hazırlayıb və gedərkən ev sahibindən tökdüklərini yığışdırmasını istəyib.

Bu barədə “Lenta.ru” saytı məlumat yayıb.

Hadisə sentyabrın 28-də səhər saatlarında baş verib. Ev sahibi qəribə səslər eşidərək oyanıb. Mətbəxə daxil olan ev sahibi orada mayonez ilə sendviç hazırlayan yad adam görüb.

Sözügedən şəxs ev sahibindən dağınıqlığı yığışdırmağı xahiş edərək, polis gələnə qədər gözdən itib. Oğru evdə bir stəkan kofe, xırda pul və sənədlər olan pulqabı qoyub.

Ev sahibi oğrunun 180 sm hündürlüyündə və 100 kq çəkidə biri kimi təsvir edib.

Polis oğrunun ətrafdakılara təhlükə yaratmayacağına inanır. Onlar cinayətkarı mənzildə qoyduğu sənədlərə əsasən tapmaq niyyətindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR