Ev şəraitində onlayn dərs
Martın 3-dən koronavirus təhlükəsinə görə bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb. Bu da 4447 orta məktəbdə 1.5 milyon şagirdin normal dərs cədvəlindən geri qalması, lazımi bilik və bacarıqlara yiyələnməkdə fasilə yaranması deməkdir.
Dərslərdə geriləmənin aradan qaldırılması üçün Təhsil Nazirliyi tərəfindən müxtəlif telekanallarda teledərslər təşkil olunub. Bundan əlavə, müəllimlər də xüsusi proqram vasitəsilə dərs keçirlər.
17 ildir ingilis dilini tədris edən Nərmin Əhmədova deyir ki, şagird müəllimlə əlaqədə olmadıqda məsuliyyəti hiss etmir. Ona görə şagirdlərinə o, davamlı dərs keçir.
Onun keçdiyi dərslərin birində Baku.Tv-nin əməkdaşı da iştirak edib.
Ətraflı video materialı təqdim edirik:
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət