Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ev şəraitində hazırlaya biləcəyiniz maskalar

Ev şəraitində hazırlaya biləcəyiniz maskalar
Sakura

Ev şəraitində hazırlaya biləcəyiniz maskalar

Üz, bədən dərisi və saçlar ilin bütün fəsillərində qulluq tələb edir. Bunun üçün evdə əlinizdə olan ərzaqlarla maskalar düzəldib, üzünüzə, bədəninizə və saçlarınıza çəkməyiniz məsləhətdir. Bu sizin 15 dəqiqə vaxtınızı alacaq.

Axşam.az xarici KİV-ə istinadən asan hazırlanan maskalar təqdim edir:

Ultra-quru dəri üçün

1 ədəd yumurtanı çalın, üzünüzə sürtün. Üstündən bitki yağı çəkin. Maskanı quruyana kimi üzdə saxlayıb, əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.

1 ədəd almanın qabığını soyub, xırda-xırda doğrayıb, süddə qaynadın. Qarışıq sıyıq halına gələndə onu soyudub, üzə maska edin. Qarışığı 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.

Nəmləndirici maska

2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Qarışığın üzərinə 1 çay qaşığı yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Göz ətrafındakı qırışlara əlvida

Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb, gözətrafına çəkin.

Jajoba, avokado və badam yağının hərəsindən 1-2 damcı əlavə edib, limmeta, nanə, fenxel və neroli yağlarından 1-2 damcı qatıb, gün ərzində 1-2 dəfə gözətrafına çəkin.

Sellülitdən xilas olun

Gerani, mojjevelnik, limon, fenxel, paçuli, rozmarin və kiparis efir yağlarının hərəsindən 1-2 damcı əlavə edib, qarışdırıb, problemli yerlərə çəkin.

Saçlar üçün maska

Saçları içinə 5-7 damcı jajoba yağı əlavə olunmuş şampunla yuyun. Bu qarışıq saçlara parlaqlıq verib, onların kökünü bərkidəcək.

Saç tökülməsinin qarşısını almaq üçün təmiz saçları zəncəfil və evkalipt dəmləməsi ilə yaxalayın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR