Slimfit
  1. MƏDƏNİYYƏT

“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu təqdim olunub

“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu təqdim olunub
Sakura

“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu təqdim olunub

Report” xəbər verir ki, bu il 64-cü dəfə keçiriləcək yarışmanın loqosunda ulduz əks olunub.  

Ulduzu yaratmaq üçün isə üç ədəd üçbucaqdan istifadə edilib. 

Müsabiqənin icraçı direktoru Con Ola Sand bildirib ki, dünyanın ən qədim simvollarından biri olan üçbucaq sənət, musiqi, kosmologiya, təbiətdə ünsiyyət və yaradıcılığı təmsil edən universal bir nişandır: “Builki loqoda Florian Viederin “Eurovision 2019” mahnı müsabiqəsi üçün hazırladığı səhnə dizaynından ilham alınıb. O, konsepsiyasında üçbucaqlı forma və strukturlardan istifadə edir”.

Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.

Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən mahnı müsabiqəsinin qalibi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR