Slimfit
  1. AVTO VƏ MOTO

Estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan elektromobil batareyası yaradıblar

Estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan elektromobil batareyası yaradıblar
Sakura

Estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan elektromobil batareyası yaradıblar

Elektromobillərin məşhurluqları artdıqca sürətli şarj texnologiyasına sahib batareyalara tələbat da artır. Hal hazırda bu mövzuda olan texnologiyalar ideallıqdan uzaqdılar. Lakin yaxın müddət bu vəziyyət dəyişə bilər. Belə ki, estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan batareyanı yaratdıqlarını elan ediblər. Bununla yanaşı yaradılmış yeni növ batareya hətta 1000 dəfə şarj dövründən sonra da öz effektivliyini olduğu kimi saxlayır. Bu barədə 4pda saytı xəbər verib. Estoniyanın Skeleton Technologies şirkətinin təmsilçilərinin fikirlərinə əsasən litium-ion batareyalar və hidrogen yanacağı elementləri lazımi səviyyədə şarj sürətini təmin edə bilmirlər.

Bu problemi aradan qaldırmaq üçün böyük həcmə sahib və 15 saniyə ərzində şarj olunan superbatareya yaradılıb. Məlumatda qeyd edilib ki, yaradılmış batareya hətta 100.000 dəfə şarj dövründən sonra da öz həcmini qoruyub saxlayır. Estoniyalı mütəxəssislər əmindirlər ki, bu yeni texnologiya sayəsində qazıntı yanacaq növlərindən tamamilə imtina etmək mümkün olacaq. Skeleton Technologies şirkəti yaradılmış yeni texnologiya barəsində konkret məlumatlar verməkdən imtina edib. Şirkət sadəcə qeyd edib ki, sözügedən texnologiya patentləşdirilmiş karbon nanomaterialdan hazırlanıb.

Batareyanın özü isə qrafen əsasa sahibdiir və həm superkondensatorun həm də litium-ion batareyaların üstünlüklərini birləşdirir. Məlum olub ki, estoniyalı mütəxəssislərin bu layihəsi təcrübə mərhələsindən daha da irəli gedib. Belə ki, şirkət böyük avtomobil istehsalçılarından birinə bu batareyaların istehsalı üzrə müqavilə bağlayıb və müqavilənin dəyəri 1 milyard dollardır. Gözləntilərə əsasən yeni növ batareyaların istehsalına 2023-cü ildə start veriləcək.

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR