Dərc edildi: Baxış sayı: 690
Əsl kəndli çempionatı: torpaq şumlayıb yarışdılar
Britaniyada 68-ci Milli Şumlama Çempionatı (British National Ploughing Championships) keçirilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Uorikşir qraflığındakı Ostri şəhərinin yaxınlığındakı tarlada 250-dən artıq fermer yarışıblar.
Onlar adi kotanlardan və vintaj kənd təsərrüfatı texnikasından istifadə edərək tarla şumlayıblar.
Həmin texnika arasında 25 at gücündə mühərriki olan, buxarla işləyən qədim traktor da vardı.
Çempionatın qalibi gələn il ABŞ-da, Vuds gölünün sahilində keçiriləcək Dünya Şumlama Çempionatında (World Ploughing Contest) Britaniyanı təmsil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət