Slimfit
  1. AZƏRBAYCAN

Əsl dindarların bu təhdidlərə heç bir aidiyyəti yoxdur - Komitə

Əsl dindarların bu təhdidlərə heç bir aidiyyəti yoxdur - Komitə
Sakura

Əsl dindarların bu təhdidlərə heç bir aidiyyəti yoxdur - Komitə

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, konfransda Baş Prokurorluq, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və s. qurumların məsul əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov ölkəmizdə dini durumun tam sabit olduğunu deyib.

“Bütün din nümayəndələrinə bərabər münasibət göstərilir. Azərbaycandakı bu tolerant mühitdə dünyanın bir sıra aparıcı şəxsləri tərəfindən yüksək qiymət verilib. Ölkəmizin bu sahədə apardığı siyasət dünyaya nümunədir. Biz artıq bunun müsbət nəticələrini görməkdəyik”.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə bildirib ki, dinə ictimai, milli və ideoloji təhlükəsizlik müstəvisindən baxılmalıdır və bu işlə də aidiyyəti qurumlar məşğul olur:

“İdeoloji nöqteyi nəzərdən bu gün Azərbaycan cəmiyyətinin üzləşdiyi hansı çətinliklər var? Bu təhdidlər əsasən “islam” istiqamətlidir. Burada dırnaqarası islamdan söhbət gedir. Əsl dindarların bu təhdidlərə heç bir aidiyyəti yoxdur. Dini kimliyimizin məqsədli şəkildə milli kimliyə qarşı qoyulması ən böyük problemdir. Bir qrup dindar 20 Yanvar, Xocalı faciəsi şəhidlərini qəbul etmir ki, namaz qılmırlar. Novruz bayramını qəbul etmirlər ki, islama ziddir.

Bir milləti millət edən həm də ortaq nöqtələridir. Bir vətəndaş müstəqillik, həmrəylik günümüzü bayram kimi qəbul etmirsə, belə adamların ingilis, rus, fransızdan fərqi yoxdur. Təbliğatın təsiri nəticəsində dindar olan şəxs milli kimliyimizlə bağlı məsələlərə biganələşir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR