Slimfit
  1. GÜNDƏM

Əsgərlərə xaç öpdürən Ermənistan dindarları döyüşlərə cəlb edir - Politoloq

Əsgərlərə xaç öpdürən Ermənistan dindarları döyüşlərə cəlb edir - Politoloq
Sakura

Əsgərlərə xaç öpdürən Ermənistan dindarları döyüşlərə cəlb edir - Politoloq

“Azərbaycan Ordusu qarşısında hər keçən gün bir az daha məhv olan və məğlubiyyətə düçar olan Ermənistan naümid yollara əl atır”.

Bunu Publika.az-a danışan politoloq Şəbnəm Həsənova deyib.

O qeyd edib ki, Ermənistan muzdluların və digər yaraqlıların köməyindən istifadə edir, əcnəbi vətəndaşları, terroristləri orduya cəlb edir: “Bundan əlavə, gah “cəngavər” həyat yoldaşı Akopyan vasitəsilə qadınlara təlim keçib orduya cəlb edən, gah da öz rəsmi Feysbuk səhifəsində xalqa canlı videomüraciətlə səslənən və özbaşına könüllü dəstələr formalaşdırıb orduya qoşulmağı səsləyən Paşinyanın və Ermənistan ordusunun bütün bunlar azmış kimi müharibə başlayan gündən dindarları orduya cəlb etməsinin şahidiyik. Ermənistan hökuməti fərariliyin qarşısını almaq üçün hərbçiləri motivasiya etmək məqsədilə keşişlərin köməyindən istifadə edir, əsgərlərə xaçı öpdürür. Tarix boyu görmüşük ki, dinlər insanları sülhə, barışığa və əmin-amanlığa səsləyir. Ermənistanda isə bunun tam əksini müşahidə edirik”.

Politoloq bildirib ki, erməni kilsələri yeni torpaqların zəbt olunması, döyüşlərin davam etdirilməsindən yana olduqlarını bəyan edir, bu məqsədlə gəncləri düşmənçilik ruhuna kökləyirlər: “İşğalçı ölkə dini siyasi və terror məqsədləri üçün bir vasitə kimi istifadə edir. Özlərini xristianlıq dini altında gizlədən erməni kilsələri ASALA və bu kimi digər terror təşkilatlarının maliyyələşdirilməsində də aktiv rol oynayır. Qarabağ döyüşlərində erməni din xadimləri özlərini kilsə görəvlisindən daha çox terrorçu kimi aparır. Erməni dindarlar silaha sarılaraq gəncləri düz yola səsləməkdən, qan tökülməsinin qarşısını almaqdansa “döyüşə gedin” kimi antaqonist çağırışlar edir. Bu az deyilmiş kimi, hərbi hissələrdə mülki şəxsləri öldürməyi hədəfləyən işğalçı əsgərlərə “müqəddəs” su da paylayırlar.

O zaman haqlı olaraq sual olunur ki, başqa dinlərə hörmət qoymayan, məscidləri təhqir edən, bütün müsəlman aləminin ləyaqətini alçaltmaq məqsədilə orada donuz saxlayan, bundan kifayətlənməyib məscidləri dağıdan Ermənistan nə vaxtdan dinə hörmət edərək ona ümid bağlayır? Ümidsiz və çıxılmaz vəziyyətdə qalan Ermənistan ən çirkin əməllərə əl atır, necə ki, tarix boyu da bunu edib. Bu istiqamətdə hətta silah götürməyin qadağan olunduğu adventistlərin zorla müharibəyə göndərilməsi faktı da var”.

Akqabay Mıradov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR