Slimfit
  1. TARİX

Əsgər ağa Gorani - "Əkinçi", 4 noyabr 1875, №8/Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:

Əsgər ağa Gorani - "Əkinçi", 4 noyabr 1875, №8/Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:
Sakura

Əsgər ağa Gorani - "Əkinçi", 4 noyabr 1875, №8/Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:

1) Bu günlərdə vəzirlərin məclisində Badkubə dəmiryolu təsdiq olunub. Ol yol Tiflisdən, Qarayazdan, Gəncədən, Gorandan, Zərdabdan, Hacıqabuldan Badkubəyə gedəcək.

Gömrü dəmiryolu Tiflisdən, Ağstafadan, Bambak dərəsindən Ġrəvan ilə Eçmiadzin şəhərlərinin arasından Gömrüyə gedəcək.

Hər iki yolu Tiflisdən Poti şəhərinə dəmiryolu təmir edən icma tikdirəcək. Badkubə yolu keçən sentyabr ayının əvvəlində iyirmi səkkiz ayın müddətində, yəni 1878-ci sənədə yanvar ayının əvvəlinədək gərək tamam olsun.

2) Əkin və ziraət vəzirinin əsbabxanasına ki, muzey deyirlər, padşahlıqdan ildə 10000 manat xərc olunur. Muzeyi hər kəs müftə gəzib orada saxlanan əsbablara baxa bilir. Ol əsbabları saxlayan kəslərin borcudur əsbablara baxan kəslər xahiş etsə, onlar əsbabları göstərib bəyan etsin ki, onlar necə təmir olunub və onları nə tövr işlətmək gərək və onları haradan neçəyə almaq olur.

Muzey iki hissədir: əvvəlinci hissədə əkin və ziraət maşınları və əsbabları saxlanır. Amma ikinci hissədə əkin və ziraətdən hasil olan şeylər saxlanır. Əvvəlinci hissə 15 yerə bölünübdür: 1. 80 qism təzə Amerika, ingilis, firəng, nemes, yəni Almaniya və rus kotanları. 2. Əkin yerinə toxum səpən maşınlar. 3. Əkini at ilə biçməyə maşınlar. 4. Taxılı döyməyə və su buğu ilə işlənən maşınlar. 5. Əkinçiyə lazım olan ərradələr. 6. Qoruğu əkməyə, sulamağa və biçməyə maşınlar. 7. At ilə su buğu ilə işlənən dəyirmanlar və qeyri maşınlar. 8. Arxlardan, çaylardan, göllərdən su çıxardan maşınlar. 9. Əkini biçəndən sonra daşımağa maşınlar. 10. At, mal və qoyun saxlamağa tövlələr. 11. Pənir və yağ qayırmağa maşınlar. 12. An saxlamağa səbətlərvə qeyri əsbablar. 13. Paltar yumağa əsbablar və ağır şeylər çəkməyə tərəzilər. 14. Maldarlığa və baytarlığa lazım olan əsbablar. 15. Bağbanlığa lazım olan hacətlər saxlanır.

İkinci hissədə heyvanlardan və əkindən əmələ gələn şeylər, əkin yerini qüvvətli etməyə şeylər, hər qism əkin yerinin nümunəsi və onların, həmçinin südün və yağın yaxşı və yamanlığını bilməyə maşınlar və əkin, ziraət barəsində yazılan kitablar saxlanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR