Əsədovdan Ukrayna və İrana başsağlığı məktubu
Baş nazir Əli Əsədov Ukraynanın Baş naziri Aleksey Qonçaruka başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, məktubda qeyd olunur:
“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Ə.Əsədov İran Prezidentinin birinci müavini İshaq Cahangiriyə də başsağlığı məktubu göndərib.
Məktubda deyilir: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət