Dərc edildi: Baxış sayı: 103
Əsədə Rusiya da rədd cavabı verib: Bəs, haradadır? - Abda
Suriya Prezidenti Bəşər Əsədin harada olması ilə bağlı heç bir dəqiq məlumat yoxdur.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə TASS-a Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının (NCORS) siyasi komitəsinin üzvü Ənəs əl-Abda bildirib.
"Əsədin harada olması ilə bağlı hələ dəqiq bir xəbər yoxdur. Biz bilirik ki, o, Rusiya da daxil olmaqla, bir neçə ölkəyə getmək üçün icazə istəsə də, ona icazə verilməyib. Ola bilsin ki, hansısa Afrika ölkəsinə gedib. Suriya xalqı da öz növbəsində onun mühakimə olunmasını istəyir", - Abda vurğulayıb.
Qeyd edək ki, Suriya prezidentinin təyyarə qəzasında öldüyü barədə məlumat yayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət