Dərc edildi: Baxış sayı: 381
Əsəd: Onlara Türkiyəyə qarşı mübarizə təklif etmişik
Suriya hökuməti kürdlərə (YPG/PKK/SDQ nəzərdə tutulur – red.) Türkiyəyə qarşı birgə mübarizə aparmağı təklif edib.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib. O, bəzi kürd döyüşçülərini hökumət ordusuna qoşmağa hazır olduğunu, amma hələlik kürd qruplaşmaların bundan imtina etdiyini bildirib:
“Suriya-Rusiya əməkdaşlığı çərçivəsində həmçinin biz indi kürd bölmələrini inandırmağa çalışırıq ki, Suriya ordusuna qatılmaq və türk işğalçılarına qarşı mübarizə aparmaq doğru addımdır. Yaxın həftələrdə situasiyanın inkişafını izləmək mümkün olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət