Dərc edildi: Baxış sayı: 530
Ərzurumlu Əmrah - Ey mələk-sima bu gün dövran sənindir, sən - mənim
Ey mələk-sima bu gün dövran sənindir, sən - menim
Gül sənin, gülşən sənin, xəndan sənindir, sən - mənim.
Var isə canında meylin, söylə qurban olduğum,
Sən gözəllər şahısan, fərman sənindir, sen - mənim.
Bunca illərdir gəzərdim həsrətinlə serseri,
İşdə gəldim qapına, mehman sənindir, sən - menim.
Dergahi - divanına üz tutub gəldim qul kimi,
Ox sənin, sinə mənim, ehsan sənindir, sən - mənim.
Neylərəm sensiz cahanın varlığm Əmrah, mən,
Təndə canım hasili canan sənindir, sən - menim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət