Slimfit
  1. MEDİA

Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib

Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib
Sakura

Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət­tində təhvil alınan döyüş postlarında böyük miqyaslı işlər görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib. 

Hesabatda qeyd olunub ki,  Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülüb.

Qeyd olunub ki, mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqa­mətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntə­qələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub. 

Könül Cəfərli 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR