Slimfit
  1. HƏRB

Ermənistanın Naxçıvan istiqamətindəki movqelərimizi atəşə tutmasının arxasında nə dayanır? - AÇIQLAMA

Ermənistanın Naxçıvan istiqamətindəki movqelərimizi atəşə tutmasının arxasında nə dayanır? - AÇIQLAMA
Sakura

Ermənistanın Naxçıvan istiqamətindəki movqelərimizi atəşə tutmasının arxasında nə dayanır? - AÇIQLAMA

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərinin Ermənistan tərəfindən uzunmüddətli fasilədən sonra, həm də intensiv atəşə tutulması təsadüfi deyil və məqsədyönlü xarakter daşıyır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, şübhəsiz ki, Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmasının səbəblərindən biri və birincisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı verilən bəyanatlardır.

“Qeyd edim ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə mediasına müsahibəsində Zəngəzur dəhlizinin reallaşmasında İranın problem olduğunu bildirib. Bu baxımdan, Naxçıvan istiqamətində atəşkəsin pozulmasında İranın təhrikçi kimi çıxış etməsi də mümkündür. Ermənistanın, uzun illərdən bəri yürüdülən yanlış siyasət nəticəsində bir sıra aspektlərdən İrandan asılı vəziyyətə düşdüyünü və rəsmi İrəvanın ayrı-ayrı regional və qlobal qütblər arasında var-gəl etmək ənənəsini nəzərə alsaq, belə bir ehtimalın mümkün olduğunu deyə bilərik”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, Naxçıvan istiqamətində atəşkəsin pozulmasında diqqət çəkən məqamlardan biri də, bu olayın Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistana səfəri və Nikol Paşinyanla kommunikasiyaların açılması ilə bağlı məsələnin müzakirəsi zamanı baş verməsidir.

“Belə anlaşılır ki, Naxçıvan istiqamətində törədilən təxribat, həm də kommunikasiyaların açılması ilə bağlı proseslərdə iştirakını intensivləşdirən Rusiyaya qarşı yönəlib. Bu xüsusdan yanaşıldıqda, təhrikçi qüvvələrin sayı artır. Məsələn, daha öncəki proseslərdə bir-birinə əks qütb kimi görünən İran və Fransa kimi ölkələrin sinxron hərəkət etdiklərini nəzərə alsaq, pozuculuq fəaliyyətində müxtəlif qüvvələrin, o cümlədən Paşinyanın komandasındakı ayrı-ayrı şəxslərin iştirakının olduğunu da deyə bilərik. Bütün hallarda, baş verən təxribat kommunikasiyaların açılması istiqamətində həyata keçirilən fəaliyyətə ziddir və istisnasız olaraq, təhrikçi və icraçı qüvvələrə baha başa gələcək”, - deyə o əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR