Slimfit
  1. SİYASƏT

"Ermənistanın köməyinə Moskva gəlməyəcək” - RUSİYADAN AÇIQLAMA

"Ermənistanın köməyinə Moskva gəlməyəcək” - RUSİYADAN AÇIQLAMA
Sakura

"Ermənistanın köməyinə Moskva gəlməyəcək” - RUSİYADAN AÇIQLAMA

12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır.

Ens.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər - işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsi və atəşkəsin təmin olunması:

“Lakin Ermənistan bu şərtləri qətiyyən qəbul etmir və Azərbaycana qarşı müntəzəm olaraq təxribatlar törədir. Təxminən 30 il ərzində Bakı münaqişəni siyasi yolla nizamlamağa çalışırdı. İndi isə 12 iyul Ermənistanın süqutunun başlandığı gün ola bilər. Bakı son dərəcə qətiyyətli mövqedədir. Bu dəfə Ermənistanın köməyinə Moskva da daxil olmaqla, heç bir dövlət gəlməyəcək”, - deyə həmsöhbətimiz qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR