Slimfit
  1. SİYASƏT

Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərləri ilə bağlı Britaniya XİN başçısına müraciət olunub

Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərləri ilə bağlı Britaniya XİN başçısına müraciət olunub
Sakura

Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərləri ilə bağlı Britaniya XİN başçısına müraciət olunub

Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Məktubda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib, hərbçilərimizə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib. Bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.

Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.

Azərbaycanlı hərbçilərə işgəncə verilməsini qətiyyətlə pisləyən icma rəhbəri britaniyalı naziri bu məsələyə müdaxilə etməyə çağırıb: “Böyük Britaniyanın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə dair dünyaya aydın mesaj göndərməyimiz və bizim bu iki əsgər barədə ədalətə nail olmaq üçün səylər göstərən
Azərbaycan hökuməti ilə həmrəy olduğumuzu bildirmək vacibdir. Biz inanırıq ki, insan haqlarını və qanunun aliliyini müdafiə etməklə biz dünyanı hamı üçün daha təhlükəsiz və daha ədalətli məkana çevirə bilərik”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR