Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

Ermənistanı hansı vətəndaşlarımız məhkməyə verə bilər? - MİLLƏT VƏKİLİ

Ermənistanı hansı vətəndaşlarımız məhkməyə verə bilər? - MİLLƏT VƏKİLİ
Sakura

Ermənistanı hansı vətəndaşlarımız məhkməyə verə bilər? - MİLLƏT VƏKİLİ

Bu gün daha çox müzakirə edilən məsələlərdən biri - Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiyanın ödənilməsidir. Bununla bağlı dünya təcrübəsində oxşar nümunələr var.

Bu sözləri Redaktor.az-a millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib:

“Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da belə bu milyard dollarlar ilə ölçülür.

Birinci və İkinci Dünya Müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınib. Körfəz Müharibəsindən sonra İraqdan Küveyitə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun. Bu beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər”.

Millət vəkili bildirib ki, əmlakı ermənilər tərəfindən dağıdılan şəxslərin də Avropa Məhkəməsinə etmək hüququ var:

“Beynəlxalq praktika göstərir ki, son dövrlər belə kompensasiyanın ödənilməsi ilə bağlı verilən məhkəmə qərarlarının çoxu fərdi müraciətlər əsasında reallaşıb. Bu o deməkdir ki, 30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvəlləri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var”.

V. Bayramov Ermənistanın kasıb olmasını onu işğal nəticəsində vurduğu ziyana görə kompensasiya ödəmək məsuliyyətindən azad etmədiyini bildirib:

“Kompensasiyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Bu baxımdan, Ermənistanın kasıb olması onu işğal nəticəsində vurduğu ziyana görə kompensasiya ödəmək məsuliyyətindən azad etmir”.

Mahir Xəttab Redaktor.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR