Dərc edildi: Baxış sayı: 1561
Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Ermənistan prezidenti Armen Sarkisyan xalqa müraciət edib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Dövlət başçısı müraciətində bildirib ki, ölkədən növbədənkənar parlament seçkiləri qaçılmazdır.
“Ölkədə böhran vəziyyəti ilə əlaqədar Ermənistanda hakimiyyət milli razılıq hökumətinə verilməlidir”, - Armen Sarkisyan bildirib.
“Hökumət potensialı obyektiv qiymətləndirməli və qısa müddətdə bir sıra konstitusiya prosesləri üçün yol xəritəsini təqdim etməlidir, hansı ki, nəticəsi erkən parlament seçkiləri olacaq. Bundan əvvəl ölkədəki hakimiyyət yüksək ixtisaslı milli razılaşma hökumətinə keçməlidir", - deyə Sarkisyan vurğulayıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət