Slimfit
  1. DÜNYA

“Ermənistanda mənimlə Azərbaycanca danışdılar” - Girov düşən 16 yaşlı çoban

“Ermənistanda mənimlə Azərbaycanca danışdılar” - Girov düşən 16 yaşlı çoban
Sakura

“Ermənistanda mənimlə Azərbaycanca danışdılar” - Girov düşən 16 yaşlı çoban

İyulun 24-ü heyvanları otaran zamanı yanlışlıqla Ermənistan sərhədini keçən və orada həbs olunan 16 yaşlı türkiyəli Ümid Əli Özmen saxlanma şəraitindən danışıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, çobanın sözlərinə görə, səhhətində heç bir problem yoxdur və Ermənistanda hər hansı pis münasibətlə qarşılaşmayıb:

“Təkbaşına bir kamerada qalırdım. Əl-qol hərəkəti ilə anlaşırdım. Azərbaycanca bilən biri vardı, çox rahat şəkildə bir-birimizi başa düşürdük. Dörd nəfərlik otaq olsa da, əcnəbi olduğum üçün tək qalırdım”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan erməni baş nazir Nikol Paşinyana zəng edərək gəncin ölkəsinə təhvil verilməsini istəmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR