Dərc edildi: Baxış sayı: 442
Ermənistanda koronavirusa yoluxanların sayı 1 291 nəfərə çatdı
Ermənistanda ötən gün ərzində daha 43 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında bildirilir.
Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 290 nəfəri ötüb.
"Ermənistanda koronavirusa 1 291 yoluxma təsdiq edilib. 545 pasiyent sağalıb, 20 xəstə ölüb”, - mərkəzdən bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 726 nəfər müalicə edilir, 12 680 test keçirilib.
Ermənistanda COVID-19-a qarşı mübarizə üçün martın 16-dan 14 maya qədər fövqəladə vəziyyət elan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət