Ermənistanda azərbaycanlı əsgərə işgəncə verilir: Dünya birliyi necə reaksiya verəcək?
13 aprel 2023-cü ildə Ermənistanın Müdafiə Nazirliyi bugünlərdə ölkə ərazisində azan Azərbaycan hərbi qulluqçusunun saxlanılması barədə məlumat verib.
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet məhz bu hadisəyə həsr olunub.
“Erməni mediası və “Telegram” kanallarında yayılan kadrlarda azərbaycanlı hərbçinin saxlanıldıqdan sonra qəddarcasına döyülməsi və insanlıqdan kənar işgəncələrə məruz qalması açıq şəkildə görünür. Burada hətta 44 günlük müharibə zamanı hərbçilərimizin erməni əsgərlərinə qarşı humanist münasibətini yada salmaq yerinə düşər. Bəs görəsən, dünya ictimaiyyəti baş verənlərə necə reaksiya verəcək?”, - videomaterialda sual olunur.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət