Slimfit
  1. SİYASƏT

"Ermənistana iki tərəfdən hücum edə bilərik" – Millət vəkili

"Ermənistana iki tərəfdən hücum edə bilərik" – Millət vəkili
Sakura

"Ermənistana iki tərəfdən hücum edə bilərik" – Millət vəkili

Ermənistanın düşmən dövlət olması - bizə hücum etməsi, ərazimizi işğal etməsi - beynəlxalq hüquqa görə özümüzü müdafiə etmək haqqımızı aktuallaşdırır. Özünümüdafiə haqqının gerçəkləşdirilməsi hücuma məruz qalmış dövlətin ərazisi ilə məhdudlaşdırılmır. Yəni özünü müdafiə edən dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Erkin Qədirli səsləndirib. O bildirib ki, hücuma məruz qalmış dövlət özünümüdafiə məqsədləri üçün ona hücum etmiş dövlətin ərazisində də hərbi əməliyyatlar apara bilər:

“Bu, BMT Nizamnəsinin 51-ci maddəsinin tekstindən və kontekstindən də anlaşılır. Orada xüsusilə vurğulanır: “Bu Nizamnamədə heç nə hücuma məruz qalmış BMT üzvünün ayrılmaz haqqı olan fərdi və ya kollektiv özünümüdafiəsini əngəlləmir”.

Burada “heç nə” sözləri çox önəmlidir. Yəni başqa hallarda digər dövlətə hücum etmək qadağan olunursa, özünümüdafiə məqsədləri üçün bu, icazəli sayılır. Odur ki, biz müdafiəmizi yalnız öz ərazimizdə qurmağa borclu deyilik. Biz Ermənistana hücum edə bilərik. Beynəlxalq hüquq bunu bizə qadağan etmir”.

Millət vəkili qeyd edib ki, hərdən biz tərəfdən (hökumətdən, müxalifətdən və s.) kimsə Ermənistana hücum haqqında danışarsa, burada beynəlxalq hüquqa zidd heç nə olmayacaq (biz tərəfdən təcavüz sayılmayacaq):

“Yetər ki, legitim hərbi hədəflərlə legitim olmayan mülki hədəfləri qarışıq salmayaq. Əslində, Prezidentin o gün dediyi kimi, Ermənistan bizimlə təkbətək savaşarsa, gedişat belə ola bilər:

1) Naxçıvandan ordumuz hücum edir və Mehrini alaraq Ermənistanın İrana yolunu bağlayır;

2) Eyni zamanda ordumuz Ermənistanın şimalına hücum edir və onun Gürcüstana yolunu bağlayır;

3) Ermənistan məcbur olub qoşunlarının önəmli hissəsini Qarabağdan çəkir ki, öz ərazisini müdafiə edə bilsin;

4) Bu zaman da ordumuz əsas hücumunu Qarabağda başlayır.

Beynəlxalq hüquqa görə bunu etməyə haqqımız var.

Yalnız bunun üçün gərək gerçəkdən Ermənistanla təkbətək olaq. Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan beynəlxalq hüquq deyil, Rusiyadır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR