Ermənistan təxribata əl atdı, əsgəri vuruldu
Ermənistan Silahlı Qüvvələrinin Tavuş rayonundakı hərbi hissəsinin əsgəri yaralanıb telegraf.azxəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurn Ovannisyan açıqlama verib.
O iddia edib ki, Tavuş rayonunun Berkaber kəndində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Artur Arzumanyan Azərbaycan tərəfindən snayperdən açılan atəş nəticəsində döyüş mövqeyində yaralanıb.
Qeyd edək ki, bu gün səhər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət