Slimfit
  1. SİYASƏT

Ermənistan tərəfindən siyasi iradə və məsuliyyət gözləyirik - Nazir

Ermənistan tərəfindən siyasi iradə və məsuliyyət gözləyirik - Nazir
Sakura

Ermənistan tərəfindən siyasi iradə və məsuliyyət gözləyirik - Nazir

Ermənistan tərəfindən siyasi iradə və məsuliyyət gözləyirik.

Ens.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışında bildirib.

"Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir.

Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik.

Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur.

 

Yekunlaşdırmazdan əvvəl, mən Azərbaycanın ATƏT çərçivəsində Təşkilatın funksionallığı və effektivliyinin qarşısında duran mövcud çağırışlarının aradan qaldırılmasında konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha bəyan edirəm", - o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR