Slimfit
  1. GÜNDƏM

Ermənistan sülh danışıqlarının davam etdirilməsini istəmir

Ermənistan sülh danışıqlarının davam etdirilməsini istəmir
Sakura

Ermənistan sülh danışıqlarının davam etdirilməsini istəmir

Ermənistan silahli birləşmələləri tərəfindən açılan atəş nəticəsində iki azərbaycanlı hərbçinin həlak olması onu göstərir ki, qarşı tərəf sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir. Üstəlik, bu ölkənin rəsmiləri bir-birinə zidd açıqlamar verməyə davam edirlər.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Omarovun ermənilərin açdığı atəş nəticəsində həlak olması , hazırda XİN rəhbərlərinin görüşü ərfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlarının davam etdirilməsini istəmir.

Cəbhə xəttində düşmənin atəşkəsi pozması nəticəsində hərbçi Elşən Xəlilovun şəhid olmasına münasibət bildirən siyasi ekspert Arzu Nağıyev deyib ki, ermənilərin məqsədi beynəlxalq ictimaiyyəti yalanlarla aldatmaq və danışıqları uzatmaqdır.

Arzu Nağıyev qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyada forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətının olmadığını bildirsə də, bu ölkənin müdafiə naziri təxribatı törətdiklərini və hətta bunu edənlərin mükafatlandırıldığını vurğulayır. Elə bu fakt onu göstərir ki, bu ölkədə qeyri-müəyyənlik hökm sürür.

Beyənəlxalq ictimaiyyət də Ermənistanın yalanlarına inanmır. Artıq təxribatların və sülh danışıqlarının belə iyrənc əməllərlə sabotaj edilməsinin qarşısının alınmasının vaxtı çatıb. Bunun üçün aidiyyəti qurumlar nəticəyə yönəlik konkret addımlar atmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR