Slimfit
  1. HƏRB

Əgər bu post Ermənistanın nəzarəti altına keçsə, o zaman...

Əgər bu post Ermənistanın nəzarəti altına keçsə, o zaman...
Sakura

Əgər bu post Ermənistanın nəzarəti altına keçsə, o zaman...

Ens.az xəbər verir ki, Oxu.Az-ın Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatların davam etdiyi Tovuz rayonuna ezam olunmuş müxbiri Ermənistan Silahlı Qüvvələrinin Qaraqaya postuna sahib olmağa cəhd göstərməsinin səbəbləri barədə danışdığı video çəkib.

“Biz Tovuz rayonunun Ağdam kəndində təqaüdçü Minayə Qasımovanın Ermənistan Silalı Qüvvələrinin hücumundan zərər görmüş həyətyanı sahəsindəyik. Buraya 122 millimetrlik qumbaraatan mərmisi düşüb və hasara zərər vurub, zərbə dalğası evin pəncərələrinin şüşələrini sındırıb”, - deyə müxbir bildirib.

Onun sözlərinə görə, sözügedən sahə Ermənistan Silahlı Qüvvələrinin tutmağa çalışdığı Qaraqaya postunun yaxınlığındadır.

“Əgər bu post Ermənistanın nəzarəti altına keçsə, o zaman onlar Gəncədən “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsinə qədər olan strateji yola, 25 kilometr radiusda hər şeyə nəzarət edə biləcəklər”, - deyə müxbir bildirib.

Əməkdaşımızın sözlərinə görə, postun ələ keçirilməsinin başqa bir səbəbi KTMT ölkələrini münaqişəyə cəlb etmək istəyi olub.

“Bu, 30 il əvvəl Ermənistanın başlatdığı münaqişəyə beynəlxalq ictimaiyyətin cəlb olunması, habelə strateji dəmir yolu və qaz marşrutlarına nəzarət üçün yaxşı əsasa malik, diqqətlə hazırlanmış plandır”, - video reportajda deyilir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR