Dərc edildi: Baxış sayı: 522
Ermənistan Rusiya ilə gərginlik istəmir - Səfirlikdən Njde açıqlaması
Ermənistanın Rusiyadakı səfirliyi Armavirdə nasist cəlladı Qareqin Njdenin xarirə lövhəsinin qara rənglə boyanmasından dərin narahatlığını ifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı açıqlamada bildirilib.
“Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradovun erməni Apostol kilsəsi ərazisindəki hərəkətləri bizim tərəfimizdən vandalizm və qanun-qaydalara zidd olan özbaşınalıq kimi qiymətləndirilir. Bu hərəkətlər Ermənistan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil və millətlər arasında gərginliyə səbəb ola bilər ”, - deyə səfirliyin şərhində vurğulanıb.
Məlumatda qeyd olunub ki, Armavirdə baş verənlər həm Ermənistanda, həm də Rusiyada yaşayan çoxsaylı ermənilər arasında ciddi narahatlığa səbəb olub.
Səfirlik Armavirdəki erməni məbədinin ərazisindəki hadisə ilə bağlı Rusiyanın müvafiq orqanlarına müraciət edəcək.
Xatırladaq ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist Qareqin Njdenin xatirə lövhəsini qara rənglə boyayıb. Bundan əvvəl deputat lövhənin söküləcəyi ilə bağlı vədlərin yerinə yetirilməyəcəyi halda məsələni müstəqil həll edəcəyini bildirmişdi.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət