Dərc edildi: Baxış sayı: 624
Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR
Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, təmas xəttinə çoxlu sayda hərbi texnika və canlı qüvvə yerləşdirən rəmsi Yerevan Azərbaycanı ittiham edib.
“Azərbaycan təmas xəttinə hərbi qüvvə toplayır. Ermənistan tərəfi proseslərə bütün vasitələrlə nəzarət edir”- deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşü zamanı Ermənistanın təmas xəttinə hərbi qüvvə topladığını demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət