Slimfit
  1. SİYASƏT

Ermənistan BMT-yə müraciət etməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır - Afət Həsənova

Ermənistan BMT-yə müraciət etməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır - Afət Həsənova
Sakura

Ermənistan BMT-yə müraciət etməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır - Afət Həsənova

Ermənistan hər zaman beynəlxalq ictimaiyyəti aldatmağa çalışaraq, özünü günahsız, yazıq qiyafəsində göstərməyə cəhd edir. Bu günlərdə Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasında Qarabağda olan mövcud vəziyyətin müzakirə edilməsini israrla tələb etməsi, digər tərəfdən, Laçın yolunun başlanğıcında hərbi texnikanın sayını artırması Ermənistanın növbəti məkirli oyunudur.

Ens.Az-ın məlumatına görə,bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Ermənistan indi də BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir.

“Ermənistan bundan öncə də bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə iş aparmaq istədi, amma cəhdləri iflasa uğradı. Belə ki, iyulun 12-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 21 iyun tarixli tələbini tamamilə rədd edib. Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını rədd edib. Məhkəmə Ermənistanın 22 fevral 2023-cü il tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Bundan əlavə, iyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi terrorçuluqda, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçu barədə Ermənistanın Azərbaycana qarşı müvəqqəti təminat tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.

Göründüyü kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir. Vətən müharibəsi dövründə də Ermənistan BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə cəhd etmişdi, lakin o zaman da rədd cavabı almışdı.

Bütün bunlar onu göstərir ki, erməni yalanları artıq heç yerdə keçmir. Ermənistan hələ də bunu anlamaq istəmir. Ermənistan başa düşməlidir ki, bu cür cılız hərəkətlərlə Azərbaycana təzyiq göstərmək mümkün deyil və Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi onlar üçün ən böyük güzəştdir, onların düşdüyü ağır vəziyyətdən yeganə çıxış yoludur. Ermənistan bunu nə qədər tez anlasa, onlar üçün o qədər faydalı ola bilər”, - deyə deputat əlavə edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR