Slimfit
  1. AZƏRBAYCAN

"Ermənistan beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur" - Məmmədyarov

"Ermənistan beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur" - Məmmədyarov
Sakura

"Ermənistan beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur" - Məmmədyarov

Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşib və qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasındakı çıxışında deyib.

Nazir bildirib ki, Ermənistan öz işğalına və təcavüzünə son qoyulması barədə BMT TŞ-nin qətnamələrinə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir:

"Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı məlum qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim. Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir".

E.Məmmədyarov bildirib ki, Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcəkdir: "Prioritet sahələri əhatə edən, detallı və praktik məqsəd və vəzifələri müəyyənləşdirən Türk Şurasının iqtisadi gündəliyinin hazırlanması fəaliyyətimizin vacib tərkib hissəsidir. Əməkdaşlığımızın iqtisadi ölçüsünün artırılması, dünyada siyasi və iqtisadi qarışıqlıqlara qarşı dayanıqlılığımızı möhkəmləndirəcək və gücləndirəcəkdir. Buna görə də Azərbaycan türk ölkələrinin iqtisadi potensialına böyük diqqət yetirir və qarşılıqlı sərmayələrin artırılmasının və yeni iqtisadi layihələrin araşdırılmasının vacibliyini vurğulayır. Ölkəmiz TDƏŞ-in üzv dövlətləri və müşahidəçiləri ilə güclü siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Üzv dövlətlər və müşahidəçilər arasında tarixi İpək Yolunu canlandırmaq və onu yeni infrastruktur layihələri ilə yaxşılaşdırmaq üçün əməkdaşlığın intensivləşdirilməsi iqtisadi əlaqələrimizin əsas dayaqlarından biridir".

Nazir qeyd edib ki, Azərbaycan Avrasiya bölgəsinin nəqliyyat xəritəsini yenidən tərtib edən infrastruktur investisiyaları həyata keçirir: "Yeni bağlılıq təşəbbüsləri təkcə regional inteqrasiyaya töhfə vermir, həm də Türk Şurası üzv dövlətləri və müşahidəçiləri arasındakı əməkdaşlığı artırır. Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu Transxəzər Şərq-Qərb Orta Dəhliz təşəbbüsünün vacib tərkib hissəsidir və yük daşımalarının həcminin artması nəticəsində ölkələrimizin iqtisadi inkişafına töhfə verəcəkdir. Bundan əlavə, Azərbaycan Türk Şurasına müşahidəçi dövlət qismində Macarıstanla əməkdaşlığın inkişafını dəstəkləyir və 2019-cu il sentyabrın 19-da Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılmasını alqışlayır. Macarıstan və Türk Şurası üzv dövlətləri arasında əməkdaşlıq geniş sahələrdə uğurla inkişaf edir və biz əminik ki, Nümayəndəlik Türk Şurasının Avropa qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində köməkçi rolunu oynayacaqdır".

E.Məmmədyarov çıxışında Türk Şurası üzv dövlətləri arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib: "Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyətinin bölgəmizdə humanitar səylər göstərməsində böyük əhəmiyyəti var. Bu baxımdan, 2019-cu ilin 11 oktyabr tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv dövlətlərin rəsmi inkişaf agentliklərinin, o cümlədən Türk Şurası, BMT-nin Humanitar Məsələləri Koordinasiya Ofisi və BMT İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların iştirakı ilə "Türkdilli Dövlətlərin Rəsmi İnkişaf Agentliklərinin Beynəlxalq Yardım Sisteminə inteqrasiyasının təşviqi: Səmərəli Humanitar Yardım və İnkişaf Yardımı üçün Əməkdaşlıq" Konfransı keçirildi. Bu tədbir iştirakçı ölkələrə və beynəlxalq təşkilatlara effektiv qlobal və regional yardım üçün əvəzolunmaz təcrübələrini bölüşmək və yeni tərəfdaşlıqlar qurmaq imkanı verdi. Şadam ki, 7-ci Sammitin Bəyannaməsi konfransdan bəhs edir və üzv dövlətlərin donor qurumlarının qlobal yardım sisteminə inteqrasiyasını asanlaşdırmaq üçün əhəmiyyətini vurğulayır".

Nazir vurğulayıb ki, Azərbaycan Türkdilli Dövlətlərlə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda daha da gücləndirmək niyyətindədir: "Türk Şurası isə Türk Dünyasının bir araya gəlməsində əhəmiyyətli rol oynamağa davam edəcəkdir. Təşkilatımız Özbəkistanın bu yaxınlarda üzv olması ilə artıq 5 üzv dövlətdən ibarət oldu. Əminəm ki, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının bugünkü iclası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək, eyni zamanda, əldə olunan nailiyyətləri qiymətləndirməyə və ortaq bir baxışla və birləşmiş güclə mövcud problemlərə necə cavab verəcəyimizi düşünməyə imkan yaradacaqdır"
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR