Slimfit
  1. DÜNYA

Ermənilərin Qarabağda “Azərbaycanı istəyirik” sədaları – Paşinyanın şok planı

Ermənilərin Qarabağda “Azərbaycanı istəyirik” sədaları – Paşinyanın şok planı
Sakura

Ermənilərin Qarabağda “Azərbaycanı istəyirik” sədaları – Paşinyanın şok planı

“Qarabağda inqilabdan əvvəlki gərginlik hökm sürür. Qarabağda yaşayan ermənilər mövcud rejimdən narazılıqlarını bildirmək üçün küçələrə çıxmağa hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn erməni jurnalist Vaxram Ağacanyan yazıb.

Jurnalist qeyd edir ki, "Qarabağ İnqilab Partiyası” ermənilərə müraciət edərək, Bako Saakyan rejiminə qarşı kütləvi itaətsizliyə çağırır.

Ağacanyan Qarabağ savaşında separatçı qüvvələrin komandanlarından biri olan, hazırda Bako Saakyana qarşı sui-qəsddə ittiham olunan general Samvel Babayandan da sitat gətirir:

“Artıq susmayacam. Qarabağda yaşayanlar illərdir kredit dəliyindən çıxa bilmir. İrəvan və Saakyan rejimi Qarabağ ermənilərini əsarətdə saxlayır. İnsanlar illərdir banklara olan ən kiçik borclarını belə geri ödəmək gücündə deyillər. İnsanlar ən adi istehak kreditini götürmək üçün az qala özlərini girov qoymaq məcburiyyətində qalırlar”.

“Azadlıq” radiosunun İrəvan bürosu da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki acınacaqlı vəziyyətə diqqət çəkib. Radio Qarabağın cinayətkarların əlində olduğunu, insanların təhdid olduğunu, ölümlə hədələndiyini, vəziyyətin xaosa yaxın olduğunu yazıb. Mənbə eyni zamanda son zamanlar Qarabağ erməniləri arasında onlara yardım əli uzatmayan Ermənistan rəhbərliyinə və onunla əlbir olan Saakyan rejiminə etiraz olaraq Azərbaycanın suverenliyinə qayıtmaq meylinin yaranmasına da diqqət çəkib. Lakin məqalə dərc edildikdən qısa müddət sonra Bako Saakyanın müdaxiləsi ilə silinib.

Ağacanyan isə yazır ki, vəziyyətin xaotik səviyyəyə çatdığını görən Saakyan rejimi Qarabağda kütləvi həbslərə başlayıb. O, həbs edilənlərin əkəsəriyyətinin taleyinin naməlum olduğunu bildirib: “İnqilab Partiyası və onun tərəfdarları Bako Saakyanın istefasını tələb edir. Etirazçıların sırası günbəgün artır. Görünən budur ki, hansısa sirli əl Qarabağda aranı qarışdırmağa başlayıb. İnsanlar yeni başçı və yeni hakimiyyət istəyirlər”.

Erməni mənbələr Qarabağ ermənlərinin “yeni hakimiyyət” iddiasının Azərbaycanın tərkibinə qayıtmaq meylinə bərabər bir istək olduğunu istisna etmirlər.

Qarabağ ermənisi olan David adlı blogger Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı Qarabağ ermənilərinə xəyanətdə ittiham edib: “İrəvanda Qarabağdan olan Köçəryan və Sərkisyanın məhkəmələri keçirilir. Serj çox güman ki, həbs olunmayacaq, əhəmiyyətsiz bir cəza ilə sərbəst buraxacaqlar. O, azadlığı müqabilində Qarabağa xəyanət etdi. Pul və güc onları (Sərkisyan və Köçəryan) kor etdi. Tarixdə qəhrəman qalmaq əvəzinə, quldur kimi qalacaqlar. Qarabağı mərcə qoyublar, hər an uduza bilərlər”.

O, Qarabağda baş verənləri Ermənistan Baş naziri Nikol Paşinyanın adına yazır və qeyd edir ki, Ermənistanın yeni rəhbəri Qarabağ müharibəsinin liderlərini Şuşa həbsxanasında çürütməyə hazırlaşır.

Blogger Ermənistanın Qarabağı birdəfəlik itirməyə yaxın olduğunu istisna etmir, bölgədə baş verən son proseslərdən “xəyanət qoxusu” gəldiyini yazır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR