Slimfit
  1. AZƏRBAYCAN

Erməniləri Qarabağdan çıxarmağın iki yolu

Erməniləri Qarabağdan çıxarmağın iki yolu
Sakura

Erməniləri Qarabağdan çıxarmağın iki yolu

Ermənistan işğalçıdır, bu, birmənalıdır. İşğalçıya qarşı isə müəyyən tədbirlər görülməli, sanksiyalar tətbiq edilməlidir. Əgər bunlar da yetərli olmursa və olmazsa, işğalçı ağır şəkildə cəzalandırılmalıdır, qəsb etdiyi ərazilərdən çıxarılmalıdır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini, professor Bəxtiyar Əliyev deyib.

Millət vəkili bildirib ki, işğalçının, qəsbkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının da iki yolu var.

“Birincisi, təzyiqlər vasitəsilə onu həmin ərazilərdən çıxmağa məcbur etmək lazımdır və bu zaman həm də sülh danışıqları davam etdirilməlidir. İkincisi, əgər bu, baş verməzsə, məsələni güc yolu ilə həll etmək lazımdır. Başqa yol və variant qalmır.

Necə ki, ərazilərimizi güc yolu ilə qəsb ediblər, o cür də, yəni güc yolu ilə işğal etdikləri ərazilərdən çıxarılmalıdır. Azərbaycanın, dövlət rəhbərinin, cənab Prezidentin mövqeyi bu məsələdə birmənalıdır, Azərbaycanın bütün hallarda ərazi bütövlüyü və suverenliyi təmin ediləcək. Münaqişənin həllində hər iki vasitə məqbuldur”, - deyə millət vəkili əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR