Dərc edildi: Baxış sayı: 398
Ermənilər Xocavəndə terrorçu Montenin adının verilməsini tələb edir - Rusiya mediası
Erməni jurnalistlərin, zaraların Azərbaycana gediş-gəlişini nə qədər çox təşkil etsək, Xocavəndi də azad edəcəyik...
İşğal altındakı torpaqlarımızda, xüsusən Xocavənd rayonu mərkəzi və kəndlərində sülənən ermənilər arasında adı çəkilən Azərbaycan(!) bölgəsinə terrorçu Monte Melkonyanın adının verilməsini tələb edənlər var.
Moderator.az xəbər verir ki, bu həyasız təşəbbüslə Rusiya mediasındakı son yazısında erməni blogeri David Simonyan da çıxış edib. Onun yazısının bu mövzuda olan əsas hissəsinin tərcüməsini nəzərinizə çatdırırıq:
“Avonun Martunidə(Xocavənd- S.L.) bir heykəli və insanların qəlbində əbədi xatirəsi var. İnsanlar uşaqlarına Avo və Monte adlarını qoyur, qəhrəmanları haqqında mahnılar yazırlar. Martuni şəhərinin sakinləri dəfələrlə səlahiyyətlilərimizi "Martuni" adının "Monteaberd"lə dəyişdirilməsinə çağırıblar. Amma nədənsə səlahiyyətlilərimiz belə bir təşəbbüsün qarşısını alıb. Hətta bir dəfə şəhərdə bu adla löhvə də asmışdılar. Ancaq onu da qoparıb parçalayan tapıldı ...
Kim bilir, bəlkə 2020-ci il seçkilərindən sonra yeni bir prezidentimiz və yeni bir hökumətimiz olan zaman, nəhayət, Avonun xalqımız üçün kim olduğunu xatırlayacaqlar və Martuni adını “Monteaberd” olaraq dəyişdirəcəklər. Yaşayarıq - görərik...”
Xatırladaq ki, xüsusən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı Azərbaycan türklərinə qarşı olmazın vəhşiliklər nümayiş etdirmiş qaniçən “Avo”nun başı 1993-cü ilin iyunundakı döyüşlər zamanı qəhrəman oğullarımız tərəfindən kəsilib...
Bu günlərdə ermənilər Ağdam rayonunun işğal altındakı Mərzili kəndində bu terrorçunun doğum gününü qeyd ediblər...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət