Dərc edildi: Baxış sayı: 765
Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.
Ens.az xəbər verir ki,bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.
Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət