Dərc edildi: Baxış sayı: 341
Erməni ordusu nə qədər itki verdi?
Erməni mediası Dığ kəndi istiqamətində törətdikləri təxribata cavab olaraq Azərbaycan Ordusunun zərbələri nəticəsində çoxsaylı itki verdiklərini yazır.
Axar.az xəbər verir ki, bəzi mənbələr ölü və yaralıların onlarla olduğunu iddia edir.
Bildirilir ki, yaralılardan daha biri ölüb.
Ermənistan MN ölənlər və yaralılar haqda məlumatları, həmçinin onların fotolarını yaymamaq barədə erməni ictimaiyyətinə çağırış edib.
Qeyd edək ki, Ermənistan MN saat 19:35-ə olan məlumata görə vəziyyətin stabilləşdiyini açıqlasa da, ermənilərin növbəti təxribata hazırlaşdığı haqda məlumat yayılıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Müdafiə Nazirliyinə getməsi də bu ehtimalları artırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət