Erməni mediası şok xəbər yaydı: Ərdoğan Ermənistana yardım etmək istəyir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Patriarxı arxiyepiskop Sak Maşalyana zəng edərək dəstək təklif edib.
xəbər verir ki, bu barədə Ermənistanın “News.am” saytı məlumat yayıb.
Patriarxlığın mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan, erməni icmasının imkansız vətəndaşlar üçün yaradılan fonda verdiyi maddi yardım üçün təşəkkürünü bildirib.
Ən maraqlısı isə odur ki, Türkiyə Prezidenti R.T.Ərdoğan erməni keşiş S.Maşalyana ölkədə qanunsuz yolla işləyən Ermənistan vətəndaşlarının vətənlərinə qayıtması üçün şərtləri yüngülləşdirdiyini xatırladıb və Ermənistana dərman və tibbi ləvazimat yardımı etməyə hazır olduğunu bildirib.
Türkiyənin rəsmi qurumları hələlik məlumata şərh verməyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət