Dərc edildi: Baxış sayı: 938
Erməni hərbçi Azərbaycan dilində zabitimizə: “Hər şey keçmişdə qaldı, bura sizin torpağınızdır”
Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya işləri çərçivəsində hərbçilərimizlə erməni hərbçisi arasında aparılan müzakirənin videosu yayılıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Kəlbəcərdə çəkilən görüntülərdə erməni hərbçinin əsgərlərimizlə Azərbaycan dilində danışdığı müşahidə olunur.
“Hər şey keçmişdə qaldı! Bura sizin torpağınızdır, necə deyirsiniz, elə də edək”, - deyə erməni hərbçi bildirib.
Daha sonra erməni hərbçi hərbçilərimizin əlini sıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət