Slimfit
  1. AZƏRBAYCAN

Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”

Erməni general ruslara yalvardı:  “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”
Sakura

Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”

General-leytenant Norat Ter-Qriqoryants: “Dağlıq hərbi əməliyyatlar ərazisi bizdədir…”

“İndi biz Azərbaycanla müqayisədə pis silahlanmamışıq...”

Moderator.az xəbər verir ki, bu sözləri erməni general-leytenant Norat Ter-Qrigoryants İrəvanda erməni-rus "Lazarev Klubu" nun  Qarabağa həsr edilmiş iclasında çıxış edərkən deyib.

"Müharibə ilə xalq qarşısında duran vəzifələri yerinə yetirmək  mümkün deyil. İndi biz Azərbaycanla müqayisədə pis silahlanmamışıq. Bizdə düşmənə ən yüksək səviyyədə sarsıdıcı bir məğlubiyyət yetirmək üçün bütün silahlı mübarizə vasitələrimiz var. Üstəlik, Ancaq bu məsələni müharibə ilə həll etməməyinizi xahiş edirəm…”-deyə erməni general  yalvarıb.

P.S. Hiss olunur ki, erməni general bir yandan Rusiyadan  alınan silahlara və Ermənistandakı 102-ci bazaya arxayın olaraq bizə qarşı hərbi üstünlükdən danışır, ancaq digər tərəfdən, gerçəklikdə Azərbaycanın hərbi gücünün, ən azı, say və maddi-texniki təminat baxımından ermənilərinkindən üstün olduğunu, eləcə də Moskvanın İrəvanı cəzalandırmaq məqsədilə Bakı ilə təkbətək qoyacağından məğlub olacaqlarından  çəkinir. Ona görə də Rusiyanın təsis etdiyi klubda yalvarır ki, Qarabağ məsələsini savaşla həll etməyin…

P.P.S. Azərbaycan düşmən generallarına gerçək bir qorxu yaşatmaq imkanını tezliklə reallaşdırmalıdır…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR