Dərc edildi: Baxış sayı: 486
Erməni cəmiyyəti səviyyəsizdir - Nikolun adamı
Ermənistan xalqına bu gün bir az sərbəstlik versək, onlar birincisi adama 1 milyon maaş istəyər, ikincisi isə adam öldurməyi Cinayət Məcəlləsindən çıxarılmasını tələb edərlər.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Mənim Addımın fraksiyasının üzvü Tiqran Ulixanyan deyib.
Onun sözlərinə görə, xalqın qarşısına bütün dövlət səviyyəli məsələləri çıxarıb, “seçim edin” deyib, kənara çəkilmək olmaz:
“Ermənistan cəmiyyəti o səviyyədə deyil ki, özü qərar qəbul etsin. Xalqın istəkləri qorxunc ola bilər”, - deyə Ulixanov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət